İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir

22:48 - 5 Avqust 2026 - GÜNDƏM

 İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir

Biləsuvar Gömrük İdarəsinə baş çəkən İranın Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, ilin ilk beş ayında Biləsuvar gömrüyü vasitəsilə Azərbaycanla ümumilikdə 190 milyon dollarlıq ixrac-idxal əməliyyatı həyata keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Valinin sözlərinə görə, bu dövrdə Ərdəbil əyalətindən 100 milyon dollardan çox məhsul ixrac olunub, istehsal müəssisələrinin ehtiyacları üçün isə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib.

Emami Yeganə əlavə edib ki, İran və Azərbaycanın gömrük xidmətləri arasında aparılan danışıqlar nəticəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması istiqamətində iş aparılır. Məqsəd ixrac-idxal proseslərini sürətləndirmək və sərhəd keçidini asanlaşdırmaqdır.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

O həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfəri planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol