İsrailin Qəzza zolağına təxminən 100 günlük hücumundan sonra onun məğlubiyyəti ilə bağlı proqnozlar özünü doğruldur, çünki Fələstin Müqaviməti qalib gələcəkdir.
BUTA.TV “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei deyib. Xamenei Qəzzada üç aydır davam edən münaqişəni “tarixdə əbədi qalacaq unudulmaz hadisə” kimi qiymətləndirib:
“Bu rejim məhv edilib Yer üzündən silindikdən sonra da bu cinayətlər unudulmayacaq və tarixə düşəcək. Bir neçə həftə ərzində minlərlə uşağı öldürdülər. Lakin Fələstin xalqının səbri və müqaviməti onları geri çəkilməyə məcbur etdi”.
O vurğulayıb ki, İsrail hələ də HƏMAS-ı məhv etməyi bacarmayıb:
“Onlar HƏMAS-ı və müqaviməti məhv edəcəklərini və qəzzalıları sıxışdıracaqlarını söylədilər. Lakin uğursuzluğa düçar oldular və bu gün müqavimət güclü, enerjili və tam hazırlıqlı olaraq qalır və sionist rejim tükənmiş, alçaldılmış və peşmançılıqla doludur. Sionist rejimin əsl mahiyyəti üzə çıxdı”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı