2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular, o, əməliyyat olundu, yanvarın əvvəlində Pentaqonun rəhbəri ağırlaşmalara görə xəstəxanaya yerləşdirildi.
BUTA.TV xəbər verir ki, bu barədə Merilənd ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında deyilib.
Bildirilib ki, 2023-cü ilin dekabr ayının əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyatı keçirib.
2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də keçirilən prosedurdan yaranan fəsadlar səbəbindən Valter Rid Tibb Mərkəzinə aparılıb. İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkar edilib.
Mütəxəssislər Ostinin tam sağalmasını gözlədiklərini, lakin bunun uzun proses olduğunu qeyd ediblər.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı