Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.
Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır. Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir. Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq? İqtisadçı Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib.
O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək: "Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq”.
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir