İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“BUTA TV” xəbər verir ki, rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Onlar yaxınlıqdakı şəxslərin köməyi ilə sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.
Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.
Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Türkiyə Şimali Kiprə axtarış-xilasetmə qüvvələri göndərdi
- Nepalda fəlakət: 85 amerikalıdan xəbər yoxdur
- Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!
- Ukrayna Belqoroda zərbə endirdi: ölənlər var
- SEPAH-dan ABŞ-ın hücumuna reaksiya: Qisas alınacaq!
- ABŞ İranın Lark adasına zərbə endirdi
- Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var
- Şimali Kiprdə 3 günlük matəm elan edildi