Bakı şəhərində villa rekord qiymətə - 12 milyon manata satışa çıxarılıb.
“BUTA TV” xəbər verir ki, mülk Bilgəh qəsəbəsində yerləşir. 100 sot həyətyanı ərazisi olan villa eksklüziv dizayner mebelləri, əntiq çilçıraqlar və rəsm əsərləri ilə təchiz olunub. Elanda qeyd olunur ki, iqamətgah Bilgəhin ən dəbdəbəli küçəsində tikilib. 2 mərtəbəli lüks villanın ümumi sahəsi 1600 kvadrat metrdir və 12 otaqdan ibarətdir. Villada bilyard otağı, kino zalı, qapalı hovuz və sauna da var.
Mülkün həyətyanı sahəsində müxtəlif meyvə və dekorativ ağaclar əkilib.
Bütün sənədlərinin qaydasında olduğu bildirilən villanı alacaq şəxsin məxfiliyinin qorunacağına söz verilir.
- “Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
- “Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib
- Bakı metrosunda 10 yeni stansiya - Sərnişinləri nələr gözləyir?
- Sinq hind kəşfiyyatının hədəfində: Qanlı sui-qəsd planı...
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar
- Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq