Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.
BUTA.TV xəbər verir ki, rayonun Bığır kənd sakini, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib. Buna baxmayaraq azyaşlı fevralın 7-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
- Messi penalti şansını qaçırır - Video-Yenilənir
- Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı - Video
- Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı
- İyunun 25-də imtahan verəcək şəxslərin nəzərinə
- İşdən çıxarılan rəisi o əvəz edəcək
- Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
- Bakıda 330 kq çəkisi olan kişi evdən belə çıxarıldı - VİDEO
- Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir