Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Putin müvafiq fərmanı imzalayıb. Kadırov bu mükafata “Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə” layiq görülüb.
Bundan əlavə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov da parlamentarizmin inkişafındakı böyük xidmətlərinə, fəal qanunvericilik fəaliyyətinə və uzun illər vicdanlı fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
- Yaşa görə sosial şəbəkə tələblərinə görə cərimələr müəyyənləşdi
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
- Prezident fərman imzaladı
- Ali Məhkəmənin hakimi təqaüdə yola salındı - Foto
- Bakıya yağış yağacaq
- Xocavəndə daha 27 ailə yola salındı
- Vüsal Aslanovdan yeni rəis - Təyinatları
- Özəl bağçalar hansı qaydada maliyyələşəcək?