Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
BUTA.TV xəbər verir ki, günün ilk oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.
Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. “Tələbələr” 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 27 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.
- "Boz kardinal"ın çevriliş planı bir daha ifşa olundu
- Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə
- Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov
- Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi
- Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov
- Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi
- Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat
- İş adamı Yusif Xəlilov azadlığa buraxıldı