Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
BUTA.TV xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar.
Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvotiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksəlsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb