“Cashback” haqqında yanlış düşüncələr mövcuddur.
BUTA.TV xəbər verir ki, bu haqda iqtisadçı Eldəniz Əmirov danışıb. O bildirib ki, banklar bu üsuldan müştəri qazanmaq üçün istifadə edirlər: “Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur.
Bank sektorunda isə müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də “Cashback” siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da “Cashback” sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil. Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər. Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik “tələ mükafatları”na yox, daha strateji məqamlara yönəltmək lazımdır”.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir