Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı qeyd edib.
Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub:
“Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram.
Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı