Əliyevin Münhendə tələbi: Ləğv edin!

08:02 - 19 Fevral 2024 - SİYASƏT

 Əliyevin Münhendə tələbi: Ləğv edin!

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT rəhbərləri ilə görüşü və onlardan tələbi diqqət çəkib.

BUTA.TV xəbər verir ki, fevralın 16-da Münhendə İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşündə artıq Qarabağ münaqişəsinin başa çatdırığını bir daha vurğulayıb.

“Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib” deyən İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğvini tələb edib.

Prezident ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Prezident İlham Əliyev 18 fevralda qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşdə də eyni tələbi səsləndirib.

Bu, həmçinin Prezident Əliyevin qəti mövqeyidir – münaqişə bitib, bu qurumların fəaliyyət dövrü artıq keçmişdə qalıb və onların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz.

Daha bir vacib məqam da Prezident İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığına xüsusi vurğu etməsidir. Prezident Əliyev bunu ATƏT sədri ilə görüşdə də səsləndirdi.

Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub – çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol