Kreml Ukrayna hadisələri ilə bağlı Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskva və İrəvanın mövqelərindəki fərq barədə danışan Paşinyanın bəyanatını şərh edərkən deyib.
“Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Bu, məlum mövqedir”, - o bildirib. Peskov vurğulayıb ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək.
Qeyd edək ki, Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video