Bakı Qərb platformasına niyə razılaşır? – Ermənilər səksəkədə

22:02 - 19 Fevral 2024 - GÜNDƏM

 Bakı Qərb platformasına niyə razılaşır? – Ermənilər səksəkədə

Azərbaycan Qərb platformasında danışıqlara o halda razılaşacaq ki, gözləntilərinin tam şəkildə reallaşacağına əmin olacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib.

“Bu, Qarabağla baş verdi – yəni Qarabağı tam əldə etmək üçün Qərb platformasında danışıqlar lazım idi. Əgər Azərbaycan mətbuatında yayılan məlumatlar doğrudursa və sonradan Qərbin himayəsi altında Azərbaycanın razılığı ilə danışıqların bərpa olunduğunu görəriksə, bu, o demək olacaq ki, Bakı Ermənistanı tamamilə ələ keçirməyi hesablayır. Mən heç də şişirtmirəm, çünki Əliyevin seçkilərə getdiyi proqramı məhz bununla bağlı idi”, - o bildirib.

Matevosyan qeyd edib ki, Münhen görüşünü Ermənistan tərəfi üçün məğlubiyyət hesab etmək olar, çünki ilkin olaraq erməni tərəfinin mövqeyi belə idi ki, Qərb platformasında danışıqlarda hansısa ölkə təmsil olunmalıdırsa, o, Fransa olmalıdır.

“Əslində, burada da Paşinyan güzəştə getdi və Makronu Şolts əvəz etdi”.

Qeyd edək ki, Şolts münhen görüşündə yalnız təşəbbüskardır, görüş isə Əliyev və Paşinyan arasında ikitərəfli qaydada keçirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol