Zelenski qızğın döyüşlərin getdiyi əraziyə gəldi

00:12 - 20 Fevral 2024 - GÜNDƏM

 Zelenski qızğın döyüşlərin getdiyi əraziyə gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk istiqamətindəki ön mövqelərə baş çəkib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytı məlumat yayıb.

O, cəbhənin bu hissəsində Ukraynanı müdafiə edən hərbçiləri mükafatlandırıb.

“Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirən knyaz Roman Veliki adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon-komandanlıq postuna baş çəkib”, - deyə məlumatda bildirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Zelenski burada əməliyyat vəziyyəti barədə məlumat alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol