"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa klublarının maraq dairəsindədir.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, bu barədə "DM Sport" məlumat yayıb.
Bildirilib ki, Almaniyanın “Auqsburq” və Şotlandiyanın “Seltik”klubları fransalı yarımmüdafiəçini heyətə cəlb etmək istəyir.
Xəbərdə qeyd olunub ki, sözügedən klublar mövsümün sonunda - Zubirin "Qarabağ"la hazırkı müqaviləsi başa çatanda onun keçidini həll etməyə çalışır.
UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçında (4:2) 2 qol vuran və 1 məhsuldar ötürmə edən 32 yaşlı futbolçu ilə Fransa Liqa 1-də çıxış edən bir klubun da maraqlandığı bildirilib.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir bu mövsüm Ağdam klubunda ümumilikdə 39 oyuna 11 qol vurub, 10 qol ötürməsi edib.
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi