Ronaldo oğlunun bu hərəkətinə əsəbiləşdi - Video

02:36 - 20 Fevral 2024 - GÜNDƏM

 Ronaldo oğlunun bu hərəkətinə əsəbiləşdi - Video

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr" komandasının kapitanı Kristiano Ronaldo oğlunun hörmətsiz davranışına görə əsəbiləşib.

BUTA.TV xəbər verir ki, "Əl-Nəsr"in U13 komandasında çıxış edən Junior Ronaldo “Əl-Nəsr” – “Əl-Fateh” matçından əvvəl A komandasının futbolçuları ilə çempionluq mərasimində iştirak ediblər.

Kristiano Ronaldonun oğlu komanda yoldaşlarından fərqli olaraq A komandasının oyunçuları ilə görüşdən kənarda qalıb. Bütün dostları futbolçularla əl sıxışarkən Ronaldo öz oğlunun növbədən kənarda qaldığını görüb və ona qışqıraraq “Bura gəl” deyə səsləyib. Lakin Ronaldonun oğlu buna məhəl qoymayıb.

Qeyd edək ki, Ronaldonun oğlunun çıxış etdiyi U13 "Əl-Nəsr" komandası Səudiyyə Ərəbistanı çempionu olub.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol