Avdeyevka işğal edildi: ruslar irəliləyə bilməyəcək

08:18 - 20 Fevral 2024 - GÜNDƏM

 Avdeyevka işğal edildi: ruslar irəliləyə bilməyəcək

Donetsk vilayətinin Avdeyevka şəhərinin işğalı işğalçılar üçün əsasən siyasi məqsəd daşıyırdı.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

"Doğrudan da onlar Avdeyevkanı Konstantinovkaya doğru irəliləyiş üçün əlavə bir istiqamət hesab edə bilərlər. Ancaq şimala çatmaq üçün kilometrlərlə məsafə var. Meydanda şəhərdə olduğu kimi irəliləyə bilməyəcəklər. Bu, möhkəmləndirilmiş ərazidir. Onlar dərhal müdafiə xəttini yarıb Konstantinovkaya çata bilməyəcəklər.

Çox güman ki, bu istiqamətdə biz az irəliləyişlə döyüş mövqeyi əməliyyatlarını görəcəyik. Lakin hər şey düşmənin ora atdığı resurslardan asılıdır", - ekspert bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ekspert qeyd edib ki, Avdeyevkanın qərbində Pokrovsk, Selidovo və digər yaşayış məntəqələri var. Bununla belə, ukraynalı müdafiəçilərin müdafiə xətləri də möcuddur:

"İşğalçılar Avdeyevka ətrafında tarla şəraitində döyüşləri davam etdirsələr də, heç bir nəticə əldə etmədilər. Çöl şəraitində vəziyyətə nəzər salsaq, Berdiç, Tonenkoe, Stepnoe, Severnoye - bu məntəqələr hələ də işğalçıların nəzarəti altında deyil. Bütün bunlar onu göstərir ki, çöl şəraitində onların irəliləməsi kifayət qədər çətindir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol