Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa “parlament” adlandıran qondarma qurumun “üzvləri”nin Vardan Oskanyanla görüşünə, “Qarabağ münaqişəsi həll olunmayıb” kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub.
“Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. Bu, eyni zamanda bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də “öz müqəddəratını təyin etmək”dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır”, - bəyanatda bildirilib.
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto