“Rosneft”in rəhbəri İqor Seçinin yeganə oğlu, 35 yaşlı İvan Seçin vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Ölümün rəsmi səbəbi tromb göstərilir. İvan Krasnoqorskdakı malikanədə ölüb. Mühafizə xidməti təcili yardım çağırıb, lakin qeyri-dəqiq ünvan verib. Nəticədə həkimlər iki saata yaxın gecikiblər, bu vaxt ərzində isə o, ölüb”, - məlumatda deyilir.
İddialara görə, İqor Seçin Rusiya İstintaq Komitəsinə, FTX və digər təhlükəsizlik qüvvələrinin əməkdaşlarına İvanın ölümü ilə bağlı məsələlərlə məşğul olmağı qadağan edib.
Kiçik Seçin 2014-cü ildən “Rosneft”də rəhbər vəzifədə çalışırdı.
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto