Tiflis antirusiya sanksiyalarına qoşulmaqdan imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Rusiyaya qarşı sanksiyalara gəlincə, bizim çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox ciddi arqumentlərimiz var. Biz Ukraynanı siyasi cəhətdən güclü şəkildə dəstəkləyirik, əhəmiyyətli humanitar yardım göstəririk və Ukrayna xalqı ilə çox yaxın münasibətlərimiz var.
Amma biz bəzi Ukrayna rəsmilərinin Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatlarından üzülürük”, - deyə Gürcüstanın baş naziri əlavə edib.
Qeyd edək ki, bu gün AB baş diplomatı Borrell Gürcüstana gələcəkdə AB üzvü olmaq üçün “Brüsselin xarici siyasət kursunu tam şəkildə izləməyi” tövsiyə edib.
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video