Ümumi vəziyyətə gəldikdə, bu sözsüz ki, böyük uğurdur. Sizi təbrik edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Adveyevkanın alınması ilə bağlı məruzəsindən sonra deyib.
Kreml rəhbəri bu kimi uğurları davam etdirməyin vacibliyini bildirib:
“Həm şəxsi heyət, həm texnika təchizatında, o cümlədən silah-sursat baxımından ciddi hazırlıq gərəkdir. Bunları həmçinin ayrıca da müzakirə edəcəyik”.
Putin Şoyqu ilə söhbətində Avdeyevkanda qalan ukraynalı hərbçilərin təslim olmalarını tövsiyə edib:
“Əgər kimsə qalıbsa, məruzə etmək lazım deyil. Rabitədə ağlamaq, təxliyə üçün yalvarmaq... Qoyun, təslim olsunlar”.
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video