İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 20 fevral 2024-cü il tarixində icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Allahmədətli kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda Allahmədətli kənd sakinləri ilə yanaşı icra nümayəndəliyini əhatə edən Telişli kəndinin sakinləri də iştirak ediblər.
Qəbul başlamamışdan öncə icra başçısı çıxış edərək sakinləri salamlayıb, bildirib ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunması ilə bağlıdır. Daha sonra icra başçısı rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri və qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq