Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.
Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyi və onların tələbi ilə saxlanıldığına görə, K.Zeynallının Ermənistana təhvil verilə biləcəyi ehtimalı ortaya çıxıb. BUTA.TV-ın məlumatına görə, idmançı Ermənistana ekstradisiya edilə bilməz.
Bunun başlıca səbəbi K.Zeynallının Ermənistanda hər hansı cinayət törətməməsidir. Yəni, K.Zeynallı nə Ermənistan vətəndaşıdır, nə də Ermənistan ərazisində hər hansı cinayət törədib. Onun Ermənistana deportu üçün həmin ölkədə cinayət törətməlidir.
O ki qaldı Qarabağ müharibəsi zamanı Kamil Zeynallının aktivliyinə, o, yalnız arxa cəbhədə fəallıq edib və əsgərlərə yardım etməyə çalışıb, bütün fəaliyyəti isə Azərbaycan sərhədləri daxilində olub.
Kamil Zeynallı ən yaxşı halda Ermənistanda “persona non-qrata” elan edilə bilər. Yəni K.Zeynallə nəinki Ermənistana göndərilə bilğr, hətta o istəsə belə, Ermənistana gedə bilməz.
- Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi
- Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi
- Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video
- Trampın bu qanı durdurmağa yaxındır - Ərdoğan dəstək verdi
- Rəsmi Bakıdan Trampın Qəzza planına - Reaksiya
- Müəllimlər üçün komissiyasız kredit
- Bu torpaqlarda tikintiyə icazə verildi – Yeni qayda
- Məktəblini soyundurub videoya çəkiblər? - VİDEO