Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.
Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub. 2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video
- İlin toyuna geri sayım başladı - Messi də orada olacaq
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama
- İcbari sığorta ilə bağlı yeni qaydalar təsdiqləndi
- Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
- Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto
- Yalnış reklam və etiketləmə halları aşkarlandı - Video
- ATƏT sədri İçərişəhərdə - Foto