Şuşaya getmək istəyənlərin nəzərinə!

17:22 - 21 Fevral 2024 - GÜNDƏM

 Şuşaya getmək istəyənlərin nəzərinə!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər 23 fevral saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nzirliyindən bildirilib.

Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol