2024-cü ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.
Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib.
Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.
Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- 17 nəfər maksimal bal topladı - DİM