Bu hadisə Türkiyə üçün qürur mənbəyidir - Ərdoğan

20:20 - 21 Fevral 2024 - GÜNDƏM

 Bu hadisə Türkiyə üçün qürur mənbəyidir - Ərdoğan

Yerli beşinci nəsil "Kaan" təyyarəsinin ilk uçuşu uğurlu oldu. Bu hadisə Türkiyənin müdafiə sənayesi üçün qürur mənbəyidir.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonqarahisar əyalətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində bildirib.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi gücünü artırmaqda davam edir və yeni nailiyyətlər hələ irəlidədir.

“Bu gün beşinci nəsil "Kaan" təyyarəsinin hazırlanmasında növbəti mühüm mərhələni geridə qoyduq. Digər hərbi təyinatlı yeniliklərin yaradılmasını davam etdiririk” deyən Ərdoğan arsenalına artıq F-16 təyyarələri üçün döyüş sursatının daxil edildiyi pilotsuz “Qızılalma” döyüş təyyarəsinin layihəsini təqdim edib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Qeyd edək ki, bu gün Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol