Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib.
O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır.
“Ermənistanın müdafiə qabiliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Mahiyyət etibarı ilə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, - Paşinyan Makrona bildirib.
O qeyd edib ki, bu kontekstdə tənqidlər var, lakin Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır.
Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib:
“Fransa hərbi müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib və Fransa hər hansı bir eskalasiya istəməyərək, bu sahədə davam edəcək”.
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert