Fevralın 21-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.
BUTA.TV xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Azərbaycanın COP29-a ev sahibliyi qərarının bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib.
O, yaşıl cəmiyyətin yaradılmasının yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırış olduğunu diqqətə çatdırıb.
Yaponiya ilə Azərbaycan arasında möhkəm dostluğun əhəmiyyətindən bəhs edən V.Katsuya ölkələr arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlərin də töhfə verdiyini deyib. Onun sözlərinə görə, bu əvəzsiz münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub. Səfir bildirib ki, İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasın Yaponiyada keçirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü vurğulayıb. O deyib ki, bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır.
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Burada oturub onların dəyirmanına su tökən Kamran Yunisin məqsədi nədir?”
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video