Ötən il Çexiyada saxlanılan azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya olunub.
BUTA.TV Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çexiya Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Polad Ömərov çərşənbə günü səhər Praqa Vatslav Havel hava limanında ABŞ-nin səlahiyyətli nümayəndələrinə təhvil verilib.
Ömərov, Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətəndaşı olan və Nyu-Yorkun Bruklin şəhərində yaşayan İran hökumətini tənqid edən şəxsə qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdindəki rollarına görə kirayəlik adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar.
Qeyd edək ki, ötən il Praqada saxlanılan Polad Ömərov eyni zamanda, Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.
Qeyd edək ki, Polad Ömərov mərhum kriminal avtoritet Nadir Səlifova yaxınlığı ilə tanınırdı.
- Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu
- Rövşən Rzayev vətəndaşları qəbul etdi
- Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto
- Yalnış reklam və etiketləmə halları aşkarlandı - Video
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video