26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 80 nəfərə yaxın şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 14 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert