Əgər Donbası bizdən almağa çalışsalar... - Medvedyev

13:22 - 22 Fevral 2024 - GÜNDƏM

 Əgər Donbası bizdən almağa çalışsalar... - Medvedyev

Referendumların nəticələrinə görə yenidən Rusiya Federasiyasına birləşdirilən Donbas və Novorossiyanı Rusiyadan almaq cəhdləri qlobal münaqişəyə gətirib çıxaracaq.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev jurnalistlərə açıqlamasında deyib.

Medvedyev Qərbin Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almağa yönəlmiş çağırışlarına da münasibət bildirib:

“Qələbəyə imkan verməmək nə deməkdir? Referendum nəticəsində Rusiya Federasiyasının Konstitusiyasına daxil edilmiş ərazilərimizi və yeni ilhaq edilmiş torpaqlarımızı, Rusiyaya qayıdan federativ subyektlərimizi Rusiyadan almaq? Aydındır ki, bu qlobal fəlakətdir, bu real, tamhüquqlu Üçüncü Dünya müharibəsidir”, - Medvedyev bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol