Əminəm ki, fəaliyyətlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki buna baxmayaraq, bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Kamil Zeynallının Rusiyada saxlanması və sonradan azad edilməsini şərh edərkən deyib.
Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə o, belə cavab verib:
“Tələsməyək, rəsmi cavab olanda danışarıq”.
Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı