Rus sərhədçilər Zvartnots hava limanından çıxarılır

22:00 - 22 Fevral 2024 - GÜNDƏM

 Rus sərhədçilər Zvartnots hava limanından çıxarılır

Rusiya sərhədçiləri İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yüksək vəzifəli mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Qurum rəsmisi bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edir ki, siyasi qərar var.

Erməni mediası yazıb ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya FTX arasında imzalanmış sənədə əsasən Rusiya sərhədçiləri hava limanında xidmət edir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Qeyd edilib ki, 1992-ci ildə Ermənistan və Rusiya Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar. Lakin bu müqavilədə hava limanında xidmətin göstərilməsi ilə bağlı bənd yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol