“Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdur. Belə bir məqamda nədənsə qorxmaq da lazım deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Amal Abuşov Avropa Liqasının 1/8 final mərhələsi üçün püşkatmanın nəticələrinin açıqlanması ilə bağlı deyib.
“Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdir. Maraqlıdır ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdır”, - Abuşov bildirib.
Ekspert rəqib xeyli güclü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahib olduğunu deyib:
“Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla missiyasını bu mövsümlük başa vurub. “Köhlən atlar” nəinki qrupdan çıxmağı bacarıb, hətta Portuqaliya təmsilçisi “Braqa”nı da yolundan kənarlaşdırmağı bacarıb. Deməli, ümidsiz olmağa dəyməz. Ən azından ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdir”.
Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub.
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı