Avropanı yenidən təəccübləndirəcəyik – Tahir Gözəl

17:36 - 23 Fevral 2024 - GÜNDƏM

 Avropanı yenidən təəccübləndirəcəyik – Tahir Gözəl

Son ana - “Slava Braqa” və “Bayer Leverkuzen” qalana qədər ümid edirdim ki, biz “Slavia” (Praqa) ilə qarşılaşacağıq.

BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl püşkatmanın nəticəsini dəyərləndirərkən deyib.

O, bildirib ki, rəqib çox güclüdür, buna baxmayaraq "Qarabağ" ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı yenidən təəccübləndirəcək:

"Çox güclü rəqibdir. Rekord üzrə rekord qıran yenilməz rəqibdir. Xüsusilə bu mövsüm ən üst səviyyədə performans göstərirlər. Əlbəttə ki çətin oyun olmayacaq. Ən azından onlar bizi, biz onları bilirik. “Qarabağ”ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırır. Güman edirəm ki, ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı təəccübləndirəcəyik".

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol