Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistana hərbi texnika göndərməsini şərh edərkən deyib ki, İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır. Maraqlıdır, “bölgəyə aidiyyəti olmayan ölkələr Cənubi Qafqaza müdaxilə etməsinlər” tələbini irəli sürən İran rəsmilərinin, din xadimlərinin, diplomatlarının, generallarının həqiqətənmi İrəvana deyəcəkləri sözü yoxdur?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornu ilə İrəanda keçirdiyi görüşdə səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib.
Ekspert bildirib ki, Azərbaycan hansısa Qərb ölkəsindən silah və hərbi texnika alsaydı, Tehranın Bakı əleyhinə açıqlamaları ard-arda gələrdi:
“Söhbət Ermənistandan getdiyinə görə susurlar. Tehran Avropa Birliyinin hərbi müşahidə missiyasının Ermənistan ərazisində İranla sərhədə yaxın ərazidə yerləşməsinə də seyrçidir. Deməli, Tehran mübarizə apardığı hər hansı Qərb ölkəsinin istənilən antiazərbaycan siyasətinin yanındadır”.
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq