Biz müharibənin astanasındayıq.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın “Frans 24”ə müsahibəsinin nəticəsinin yeni müharibə, yeni ərazi və insan itkiləri olacağını iddia edib:
“Müharibənin qarşısını almaq üçün KTMT ilə münasibətləri dondurmaq yox, Ermənistan-Rusiya alyansının bütün hərbi-siyasi resurslarından istifadə etmək, Ermənistana sürətlə silah, lazım gələrsə, silahlı qüvvələr gətirmək lazımdır. Əgər zərurət yaranarsa, KTMT ilə əlaqə saxlamalı və 4-cü maddəyə istinad etməlisiniz. İran tərəfinin silah tədarükündən tutmuş, lazım gələrsə, silahlı qüvvələrin göndərilməsinə qədər çox şirnikləndirici təkliflərini qəbul etmək lazımdır”.
Onun fikrincə, bütün bu faciəli hadisələr zamanı İrəvan ölkənin müdafiəsini imitasiya edəcək, bunun sayəsində Azərbaycan istədiyinə nail olmağa çalışacaq:
“Yalnız bir “amma” var: söhbət Rusiya və İranın irimiqyaslı müqavimətindən gedir. Bu iki çəkindirici amil işləsə, böyük fəlakətin qarşısını almaq olar”.
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq
- Məmura oğru deyən vətəndaş 1200 manat - Cərimələndi
- "İdrak" işi: Şagirdin atası barədə qərar...