Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
BUTA.TV xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 51-ci km-də baş verib.
Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi “Toyota” markalı minik avtomobili rayonun Veləçola adlanan ərazisində yoldan çıxaraq 500 metr hündürlükdən çaya aşıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
- İlham Əliyev 2 fərman imzaladı
- Attestasiyadan kəsilən kitabxana işçiləri... – Nazir müavini
- “Gənclik”dəki avtobus dayanacağı yoxa çıxdı – Foto
- İranda daha iki etirazçı edam edildi, bir qadın güllələndi
- Türkiyədən gətirilmiş bu qida məhsulu məhv edildi - Foto
- Əliyevlə Putin telefonla danışdı
- Sabah 40 dərəcə isti olacaq
- Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı