Baş Dövlət Yol Polisi idarəsi valideynlərə çağırış edib.
BUTA.TV çağırışın mətnini təqdim edir:
“Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə belə, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır, eyni zamanda, bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir.
Bakıda yoxa çıxan 3 rəfiqədən gələn müəmmalı MESAJLAR VƏ ŞƏKİLLƏR - VİDEO
Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”.
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"
- Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto
- Bakı ilə saziş imzalansa da, müşahidəçilər yenə qalacaq
- Deputat: "Boşanmış biri normal məsləhət verə bilməz"
- Ermənistan ordusu hərəkətləndi: hara gedir? – VİDEO
- Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu
- AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək
- Makqreqorun İrlandiya prezidenti olmaq şansları qiymətləndirildi