Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
Ukrayna yaşayış məntəqələrinə zərbələrin artırılmasını planlaşdıran Moskvanın yeni hərbi siyasətinə cavab olaraq, Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya hakimiyyət orqanlarının qış mövsümündən əvvəl "yeni doktrina" hazırladığını və insanların Ukrayna paytaxtından və digər şəhərlərdən köçürülməsi məqsədi ilə mülki şəxslərə hərbi hücumları genişləndirdiyini göstərən sənədlər əldə edib.
"Sənədləri gördük və bilirik ki, onlar insanları paytaxtdan və digər şəhərlərdən çıxmağa məcbur etmək üçün infrastrukturu, logistikanı, yolları, məktəbləri, xəstəxanaları hədəf almağa imkan verir", - Zelenski deyib.
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto