Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
BUTA.TV xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb.
Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).
- Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…
- Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan
- Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
- Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
- Prezident və xanımı Fəxri xiyabanda...
- Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi
- İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto
- Qələbənin 80-ci ildönümüdür