Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.
BUTA.TV xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri ilə ittiham irəli sürülüb. Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.
- Nepalda fəlakət: 85 amerikalıdan xəbər yoxdur
- Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!
- Ukrayna Belqoroda zərbə endirdi: ölənlər var
- SEPAH-dan ABŞ-ın hücumuna reaksiya: Qisas alınacaq!
- ABŞ İranın Lark adasına zərbə endirdi
- Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var
- Şimali Kiprdə 3 günlük matəm elan edildi
- PUA insidenti: Almaniya cavab tədbirləri hazırladı