Türkiyədə 15 iyul hadisələrində hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdindən əvvəl Fətullah Gülənə yaxın insanların hamısı ABŞ-a qaçıblar. FETÖ-nün gizli həyat sürən qondarma liderlərinin dəbdəbə içində yaşadıqları ortaya çıxıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, “Sabah” nəşri Fətullahçı Terror Təşkilatının qaçaq komandasının 18 üzvünün yaşadığı lüks villaların fotolarını əldə edib.
FETÖ lideri Fətullah Gülən ABŞ-dan idarə etdiyi təşkilatda məşvərət komitəsi yaradıb. O, təşkilatın Türkiyə imamını, həmçinin maliyyəni və gizli strukturları idarə edən bir çox şəxsi qondarma məsləhət heyətinə üzv edib.
Çevriliş cəhdindən əvvəl Amerikaya qaçan fətullahçılar və onların ailə üzvləri qiyam uğurlu alınacağı təqdirdə, Gülənlə birlikdə Türkiyəyə qayıtmağı planlaşdırıblar.
Topladıqları pulları ianə adı ilə xaricə aparan terrorçu rejim üzvləri bu pulları dəbdəbəli həyata yatırıblar. “Sabah” nəşri 18 yüksək səviyyəli liderin yaşadığı lüks villaların fotolarını əldə edib. Dəbdəbəli həyatı ilə seçilənlərin arasında Əhməd Kirmiç, Əli Ursavaş, Barbaros Kocakurt, Cəmil Koca, Cevdet Türkyolu, Həsən Əli Yurtsevər, Gültəkin Bibar, Həmdullah Bayram Öztürk, İsmail Büyükçelebi kimi adlar var.
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?
- Heydər Əliyevin bunu deməyə mənəvi haqqı çatırdı…
- Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi