Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfərə (onlardan 2-nin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.
- 40 il döyəclədiyi qapılar bir gecədə açıldı... - Fotolar
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi