Qərb utanmadan Rusiyanın guya Avropaya hücum etmək niyyətində olduğunu söyləyərək yalan danışmağa davam edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Federal Məclisə müraciətində deyib.
O, Qərb ölkələrinə Ukraynaya qoşun göndərməmək barədə xəbərdarlıq edib və belə bir qərarın nəticələrinin faciəli olacağını bildirib:
“Bütün bunlar həqiqətən nüvə silahının istifadəsi və sivilizasiyanın məhvi təhlükəsi yaradır. Onlar bunu başa düşmürlərmi?”
Prezident Putin həmçinin Rusiyanın mürəkkəb silahları - hipersəs təyyarələri və pilotsuz sualtı maşınlarını xatırladıb və strateji nüvə qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi. Putinin nüvə ilə hədələməsinin ardından Makronun bu mövzuda dediyi sözlərin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu növbəti dəfə vurğulaması Rusiya və Fransa liderlərinin söz savaşı kimi qiymətləndirilib.
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!