İrəvana 2,6 milyardlıq yardım: 550 milyonu verildi - Maraqos

00:04 - 1 Mart 2024 - GÜNDƏM

 İrəvana 2,6 milyardlıq yardım: 550 milyonu verildi - Maraqos

İki həftə əvvəl Brüsseldə yeni tərəfdaşlıq gündəliyinin hazırlanması üçün birgə təşəbbüs göstərdik. Əməkdaşlığımız güclüdür, lakin erməni xalqının istəklərinə cavab vermək, o cümlədən həyat keyfiyyətinin yüksəldilməsi və əlaqələrin genişləndirilməsi üçün tərəfdaşlığın yaxşılaşdırıla biləcəyi sahələr var.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının üzvləri ilə görüşdə AB-nin ölkədəki səfiri Vasilis Maraqos deyib.

Səfir təşkilatın dəstəyi ilə Ermənistanda müxtəlif sahələrdə həyata keçirilən proqramlar haqqında danışıb. O, AB-nin iqtisadi və investisiya proqramı çərçivəsində Ermənistana nəzərdə tutulan 2,6 milyard avroluq dəstək paketinin 550 milyonunun artıq ayrıldığını qeyd edib və bununla paralel olaraq büdcə dəstəyi proqramları çərçivəsində aparılan islahatların davam etdirildiyini vurğulayıb. Maraqosun sözlərinə görə, AB Ermənistanda məşğulluq sektorunda imkanların yaradılmasına töhfə verəcək layihələr həyata keçirməyə çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol