Uzun müddətdir xəstə yatan meyxanaçı Kərimin oğlu meyxanaçılardan giley-güzar edib.
BUTA.TV xəbər verir ki, Lent.az-a açıqlama verən Kamil bildirib ki, meyxanaçıların bir çoxu efirdə atası ilə maraqlanmaları barədə yalan danışırlar. “Çıxırlar efirə, “Kərim ustaddır, baş çəkirik, yardım edirik” deyirlər. Amma soruşsan, nə mənim nömrəmi bilirlər, nə Kərimin qapısını tanıyırlar. Yalan danışırlar. Tez-tez ən yaxın dostu Ağamirzə baş çəkir”, - o bildirib.
Kamil bildirib ki, atasının vəziyyəti sabit olaraq qalır:
“Dərmanlarını içiririk, müalicəsi gedir. Vəziyyətində dəyişiklik yoxdur, həmişəki kimidir. Yatağa bağlı yaşayır”.
Qeyd edək ki, meyxanaçı Kərim bir neçə il öncə insult keçirib və yataq xəstəsidir.
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi
- Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı
- 2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
- Ağdamda yanğını bu şəxs törədibmiş – PUA görüntüsü
- Bakıda avtomobil neft quyusuna düşdü - Video